
SOS Uşaq Kəndində böyümüş şəhid Səbuhi Həsənovun uşaqlıq görüntüləri yayılıb.
Rezonans.az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videoda ulu öndər Heydər Əliyevin SOS Uşaq Kəndini ziyarəti zamanı Səbuhi Həsənovla səmimi görüşü əks olunub.
Kadrlardan görünür ki, Səbuhi mərhum prezidentin qarşısında dövlət himnimizi oxuyub.
Qeyd edək ki, Səbuhi Həsənov sentyabrın 13-də Ermənistan ordusunun sərhəddə törətdiyi təxribat nəticəsində şəhid olub. Valideyn himayəsindən məhrum olmuş Səbuhi SOS uşaq evində böyüyüb.