Qazaxıstan Ermənistana sülhməramlı göndərməyəcək - RƏSMİ

img

Azərbaycan-Ermənistan sərhədinə Qazaxıstan sülhməramlılarının göndərilməsindən söhbət gedə bilməz.


Rezonans.az xəbər verir ki, bu barədə Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi deyib. 


"Xeyr, belə bir sual yoxdur, ola da bilməz. İndi birinci vəzifə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə birgə komissiyanın işini bərpa etməkdir. 


Biz öz təcrübəmizi bölüşməyə hazırıq, çünki biz sərhədimizi quru və hətta dəniz sərhədinin bütün perimetri üzrə demarkasiya etmişik.


Demarkasiya demək olar ki, Rusiyadan başqa bütün dövlətlərlə tamamlanıb. Rusiya ilə demarkasiya yəqin ki, daha iki-üç il çəkəcək”. 

Xəbəri paylaş: