Rusiyanın xüsusi nümayəndəsi Bakı və İrəvana səfər edəcək

img

Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Xovayev sülh müqaviləsinin mətni üzərində işi davam etdirmək üçün Bakı və İrəvana səfərlər edəcək.

 

Rezonans.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib. 

 

"Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına kömək etmək səylərimizdə sülh müqaviləsinin hazırlanması mövzusu mühüm yer tutur. Həm Bakı, həm də İrəvan Rusiyanın müvafiq yardım tələbini təsdiqləyib”. 

Xəbəri paylaş: