“İtkilərimiz 200-dən çoxdur” - Erməni deputatdan etiraf

img

Ermənistan ordusunun itkilərinin sayı 200-ü keçib.

 

Rezonans.az xəbər verir ki, bunu Ermənistan parlamentinin "Hayastan" fraksiyasının deputatı Vahe Hakopyan bildirib.

"Ermənistanın itkiləri 200-ü çoxdan keçib. Bu, ciddi rəqəmdir", - deyə deputat KİV-ə müsahibəsində vurğulayıb.

 

Ermənistanın Baş naziri Nikol Paşinyan isə bugünkü çıxışında itki sayının 105-ə çatdığını deyib.

 

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 13-ü gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində düşmən ağır itkilər verib.

Xəbəri paylaş: