Sərhəddə vəziyyət hələ də gərgindir - Nazirlik rəsmisi

img

Azərbaycan Ordusu hər bir təxribatın qarşısını almağa qadirdir”.

 

Rezonans.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov bu gün keçirilən brifinqdə bildirib.

 

O, Müdafiə Nazirliyi adından şəhidlərin ailələrinə dərin hüznlə başsağlığı verib.

 

Anar Eyvazov hazırda sərhəddə vəziyyətin hələ də gərgin olaraq qaldığını söyləyib: “Təəssüf ki, bizim də itkilərimiz var, bu barədə ictimaiyyətə geniş məlumat veriləcək”.

 

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.

Xəbəri paylaş: