BMT bu gün yenidən sərhəddəki vəziyyəti müzakirə edəcək

img

BMT Təhlükəsizlik Şurası (TŞ) sentyabrın 15-də Azərbaycan və Ermənistan sərhədindəki vəziyyəti müzakirə etmək üçün yenidən toplaşacaq.

 

Rezonans.az xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının çərşənbə günü dərc olunmuş iş proqramında qeyd olunub.

 

Məlumata görə, çərşənbə günü sərhəddəki vəziyyət Şuranın qapalı məsləhətləşmələrində müzakirə edilib, cümə axşamı isə müzakirələr açıq rejimdə keçiriləcək.

 

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Xəbəri paylaş: