ÜST rəhbəri: Pandemiyanın başa çatması göz önündədir

img

Ötən həftə dünyada COVID-19 səbəbindən ölüm hallarının sayı 2020-ci il mart ayından bəri minimal səviyyəyə düşüb.

 

Rezonans.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən brifinqdə deyib.

 

“Ötən həftə dünyada COVID-19 səbəbindən təsdiqlənmiş ölüm hallarının sayı 2020-ci il mart ayından bəri ən aşağı səviyyədə olub”, - ÜST başçısı bildirib.

 

“Pandemiyanın başa çatması ilə bağlı biz heç vaxt daha yaxşı nəticəyə nail olmamışıq. Lakin pandemiyanın başa çatması göz önündədir”, - deyə T.Qebreyesus qeyd edib.

Xəbəri paylaş: