Səhər saatlarında gözlənildiyi kimi paytaxtın əsasən Nərimanov, Nəsimi, Yasamal, Səbail, Binəqədi, Nizami və Xətai rayonlarının ərazisində avtomobillərin sıx hərəkətləri daha çox müşahidə olunur.
Bu barədə Rezonans.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.
A.Əsgərli qeyd edib ki, yollarda bu gündən etibarən azyaşlı və yeniyetmələrin piyada qismində hərəkətləri xüsusən də məktəblərə yaxın ərazilərdə daha da çoxalıb:
"Sürücülərdən son dərəcə məsuliyyətli olmağı hərəkət sürətinə, yol nişanlarına, piyada keçidlərinə yaxınlaşarkən diqqəti artırmağı, valideyinlərdən və məktəb kollektivlərindən uşaqları mütəmadi olaraq təlimatlandırmağı xahiş edirik. Hər hansısa bir bədbəxt hadisənin, qəzaların baş verməməsi üçün bütün hərəkət iştirakçılarından yollarda təhlükəsizlik qaydalarına qarşı ciddi münasibət göstərəcəyinə inanırıq".










