Ukraynalı müğənni ermənilərə dəstək oldu - Bakı konserti ləğv edildi

img

Ukraynalı müğənni Maks Barskix ermənilərə dəstək olub.

 

Rezonans.az xəbər verir ki, bu barədə o, instaqram hesabında paylaşım edib.

 

Bunun ardından Azərbaycanda sosial şəbəkələrdə müğənninin dekabrın 10-da başa tutacağı gözlənilən Bakı konsertinin ləğvi tələbi ilə çağırışlar edilib.

 

Bir müddət sonra Maks Barskixin konsertinə bilet satışını həyata keçirən iTicket.az şirkəti bilet satışını dayandırıb.

 

Şirkətdən “Qafqazinfo”ya konsertin ləğv olunduğu açıqlanıb.

 

Qeyd edək ki, Bakı Konqres Mərkəzində keçiriləcəyi gözlənilən konsertə biletlərin qiyməti 40-230 AZN arası idi.

Xəbəri paylaş: