Parlamentin payız sessiyasının ilk komitə iclası keçirilir

img

Milli Məclisin Elm və təhsil komitəsinin payız sessiyasında ilk komitə iclası keçirilir.

 

Rezonans.az-ın xəbərinə görə, komitə sədri Bəxtiyar Əliyevin sədrliyi ilə keçirilən toplantının gündəliyinə 3 məsələ daxil edilib.

 

1. Milli Məclisin Elm və təhsil komitəsinin 2022-ci ilin payız sessiyası üçün iş planının müzakirəsi.

 

2. Azərbaycan Respublikası Milli Məclisinin 2022-ci il yaz və növbədənkənar sessiyaları ərzində Elm və təhsil komitəsində görülmüş işlərin hesabatı.

 

3. “Elektron imza və elektron sənəd haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).

Xəbəri paylaş: