Aİ-dən atəşkəslə bağlı açıqlama

img

Avropa İttifaqı (Aİ) Ermənistan və Azərbaycan arasında dünən saat 20:00-da qüvvəyə minmiş atəşkəs haqqında razılaşmanı alqışlayır.


Rezonans.az
xəbər verir ki, bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozef Borrellin mətbuat katibi Peter Stano deyib.
 

“Atəşkəs rejiminə indiyə qədər riayət edildiyini bildirən yerli xəbərlər bizi ruhlandırır”, - o vurğulayıb.


P.Stano, həmçinin əlavə edib ki, Aİ tərəfləri hərbçilərin meyitlərinin təhvil verilməsi kimi humanitar addımları koordinasiya etməyə çağırır.

Xəbəri paylaş: