Büdcə layihəsi hökumətə təqdim OLUNDU

img

Maliyyə Nazirliyi 2023-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihəsini, eləcə də sonrakı 3 il üçün icmal büdcənin göstəricilərini və büdcə zərfinə aid digər sənədləri Nazirlər Kabinetinə təqdim edib.

 

Bu barədə Rezonans.az-a Maliyyə Nazirliyindən məlumat verilib.

 

Məlumatda qeyd olunub ki, bu addım “Büdcə sistemi haqqında” qanuna və “2023-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və ortamüddətli proqnoz göstəricilərinin hazırlanması barədə” Nazirlər Kabinetinin 28 yanvar 2022-ci il tarixli sərəncamına uyğun olaraq atılıb.

Xəbəri paylaş: