Gələn il azad edilən ərazilərin bərpasına bu qədər pul ayrılacaq

img

Cari ilin ilk yarısında işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərcləri üzrə icraçılar tərəfindən verilmiş sifarişlər əsasında 1172,4 milyon manat məbləğində (2021-ci ilin eyni dövrü ilə müqayisədə 3,2 dəfə çox) maliyyələşdirmə aparılıb.

 

Rezonans.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

 

Qeyd edilib ki, bu da cari ildə həmin məqsəd üçün nəzərdə tutulmuş xərclərin 53,3 faizinə bərabərdir. Hesabat dövründə dövlət büdcəsində 1268,9 milyon manat profisit yaranmışdır ki, bu da proqnozlaşdırılan göstəricidən 892,2 milyon manat və ya 2,4 dəfə çoxdur.

Xəbəri paylaş: