Skandinaviya ölkələrində yaşayan soydaşlarımızdan etiraz

img

Norveçdə yaşayan Azərbaycan icması ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinintörətdiyi genişmiqyaslı təxribatla əlaqədar ölkənin rəsmi qurumlarına, səfirliklərə və yerli KİV-lərə müraciət edib.

 

Rezonans.az xəbər verir ki, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveç üzrə əlaqələndiricisi Ramil Əliyevin və Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO) sədri Fariz Rzayevin imzaladıqları bəyanat Norveç parlamentinə, parlamentin xarici əlaqələr şöbəsinə, ölkənin Baş nazirinə, Xarici İçlər Nazirliyinə, ABŞ, Fransa və Rusiyanın Norveçdəki səfirliklərinə, “Aftenposten” və “V.G” qəzetlərinə ünvanlanıb.

 

Finlandiyada fəaliyyət göstərən Azərbaycan icması daErmənistan silahlı qüvvələrinin bölmələrinin törətdiyi genişmiqyaslı təxribata etirazını bildirib.

 

Azər-Türk Gənclər Təşkilatının sədri və Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi Ülviyyə Cabbarovanın imzası ilə yayılan bəyanatda təcavüzkar siyasəti ilə Cənubi Qafqazda sülhün bərqərar olmasına böyük əngəl törədən Ermənistanın sonuncu  hərbi təxribatı nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti arasında itkilərin olduğuna, hərbi infrastruktura zərər vurulmasına, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin həyatının təhlükə qarşısında olmasına diqqət cəlb edilib.

 

İsveç–Azərbaycan Assosiasiyası ölkəmizin dövlət sərhədində Ermənistanın genişmiqyaslı təxribatı ilə əlaqədar Avropa Şurasının Parlament Assambleyasına (AŞPA) və Avropa Evinə müraciət edib.

 

İsveç–Azərbaycan Assosiasiyasının rəhbəri Nadir Hollenbrandın imzası ilə AŞPA deputatlarına və Avropa Evi nümayəndələrinə ünvanlanan bəyanatda Ermənistan silahlı qüvvələri bölmələrinintörətdikləri sonuncu hərbi təxribat barədə ətraflı məlumat verilib.

 

Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü vurğulanıb.

Xəbəri paylaş: