Erməni tərəfi: “Strateji əhəmiyyətli yüksəkliklər itirilib”

img

Ermənistanın “Hayalig” nəşri Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan sərhədində yerləşən bir sıra strateji əhəmiyyətli ərazilər və yüksəkliklər üzərində nəzarəti itirməsi ilə bağlı məlumatlar yayıb.

 

Rezonans.az xəbər verir ki, Caliber.Az-ın məlumatına görə, bu informasiyanın həqiqətdən uzaq olmadığını nəzərə alaraq, oxucularımızın diqqətinə təqdim edirik.

 

Beləliklə, “Hayalıg” aşağıdakı ərazilərə nəzarətin itirildiyini qeyd edir:

 

- Göyçə mahalında 25 kvadrat kilometr ərazi itirilib;

- Yuxarı Zağali istiqamətində 4,5 km irəliləyən Azərbaycan Silahlı Qüvvələri Xorapor dağına (2906 m) çatıb;

- Azərbaycan ordusu Yuxarı Şorca istiqamətində 8 km irəliləyərək Divasar hündürlüyü (2747 m), Qılıncaq (2851 m) və adsız yüksəklikdə (2484 m) nəzarəti təmin edib.

- Ordumuz Əzizli istiqamətində 7 km irəliləyərək adsız yüksəkliyi (2338,6 m) tutublar.

 

Nəşr onu da iddia edir ki, son 2 ildə Azərbaycan ordusu hərbsizləşdirilməmiş zonanın təxminən 150 kvadrat km ərazisinə nəzarəti bərqərar edib.

Xəbəri paylaş: