
Sentyabrın 15-də saat 7 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Astara rayon sakini B.Qasımov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolun kənarında dayanmış qəsəbə sakini Zahir Məmmədovu vurub.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Rezonans.az-a verilən məlumatda bildirilib.
Rəsmi məlumata görə, piyada hadisə yerində ölüb.
Qeyd ilib ki, hazırda Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.