DSX vəfat edən kursantla bağlı məlumat YAYDI

DSX vəfat edən kursantla bağlı məlumat

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının 4-cü kursunda təhsil alan, 2001-ci il təvəllüdlü kursant Nağıyev Murad Müslüm oğlu aprel ayının 13-də müalicə aldığı tibb müəssisəsində onkoloji xəstəlikdən vəfat edib.

 

Bu barədə Rezonans.az-a DSX-in Mətbuat Mərkəzindən məlumat verilib.

 

Bildirilib ki, həkimlər tərəfindən zəruri müalicə tədbirlərinin görülməsinə baxmayaraq hərbi qulluqçunun həyatını xilas etmək mümkün olmayıb.

 

Allah rəhmət eləsin!

Xəbəri paylaş: