Ölkədəki alkoqoliklərin sayı AÇIQLANDI

img

2022-ci ilin yanvar-avqust ayları ərzində Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 58712 nəfər istiqamətləndirilib.

 

Rezonans.az xəbər verir ki, barədə Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının hesabatında bildirilib.

 

Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 2063 nəfərindən 1490-nın istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.

 

Rəsmi məlumata görə, “802” qaynar xətt telefon zəng xidmətinə 1403 vətəndaş müraciəti daxil olub ki, onların 168-ni narkotik vasitələrin qanunsuz dövriyyəsi, 586-ı narkotik asılılıqdan müalicə, 649-u isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 754 məktub ünvanlanıb.

 

"Belə ki, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib", - hesabatda bildirilib.

Xəbəri paylaş: