Qarabağdakı irimiqyaslı bərpa işləri iqtisadi artımı dəstəkləyir

img

Məcmu tələbin bütün komponentləri iqtisadi aktivliyin yüksək qalmasına şərait yaradır. 

 

Bu barədə Rezonans.az-a Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

 

Qeyd edilib ki, 2022-ci ilin 8 ayında ümumi daxili məhsul real ifadədə 5.8%, o cümlədən qeyri-neft sektoru üzrə 10.3% artıb:

 

"Mərkəzi Bank tərəfindən aparılan real sektorun monitorinqinin nəticələrinə görə avqustda əvvəlki aya nəzərən biznes inam indeksi ticarətdə yüksəlmiş, qeyri-neft sənayesi və xidmət sektorlarında isə demək olar ki, sabit qalıb.

 

2022-ci ilin 8 ayında ötən ilin eyni dövrünə nəzərən pərakəndə ticarət dövriyyəsi 2.8%, qeyri-neft investisiyalarının həcmi 22.5% artıb.

 

8 ayda dövlət büdcəsi xərclərinin 16.2% artması həm istehlak, həm də investisiya tələbinə təsir göstərib. İşğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa işlərinin aparılması iqtisadi artımı dəstəkləməkdə davam edir".

Xəbəri paylaş: