Auditorlar Palatası və Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası arasında Niyyət protokolu imzalanıb

img

Azərbaycan Respublikası  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi  və Azərbaycan Respublikasının Auditorlar Palatasının birgə təşkilatçılığı ilə keçirilən “Rəqəmsal iqtisadiyyatda  hesabatlılıq və şəffaflıq ” mövzusunda beynəlxalq elmi-praktik konfrans çərçivəsində Auditorlar Palatası və Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası arasında mühasiblər və auditorlar üçün beynəlxalq standartların tələblərinə müvafiq yeni CPD proqramlarının işlənib hazırlanması və təkmilləşdirilməsi, yeniliklərin tətbiqi, birgə təlimlərin keçirilməsi və beynəlxalq sertifikatlaşdırmaya dair Niyyət Protokolu imzalanıb. 

Rezonans.az xəbər verir ki  tədbirdə  çıxış edən APFM İdarə Heyətinin sədri Nuriyyə Novruzova  niyyət protokolunun imzalanma mərasiminin  Assosiasiyanın 15 illik yubileyinə təsadüf etdiyini bildirib. Tədbir iştirakçılarına 15 il ərzində APFM-in fəaliyyəti barədə geniş məlumat verilb və video çarx təqdim edilib.
Bildirilib ki, Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM) ictimai təşkilat kimi 2007-ci ildə təsis olunub və artıq 15 ildir ki, beynəlxalq standartlara uyğun peşəkar mühasib və maliyyəçilərin hazırlanması, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi istiqamətində beynəlxalq akkreditasiyalara malik peşəkar qurum kimi  fəaliyyət göstərir və dinamik inkişafda olan Azərbaycan iqtisadiyyatına öz töhfəsini verməkdədir. APFM Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən "Peşəkar mühasib təşkilatı” kimi akkreditasiya olunmuşdur. N.Novruzova qeyd edib ki, "Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklərin qüvvəyə minməsi və bu dəyişikliklərin müvafiq tələblərini tətbiq edən peşəkar mühasib təşkilatı kimi APFM müvafiq dövlət qurumları ilə memorandumlar çərçivəsində sıx əməkdaşlıq edir və planlı tədbirlər həyata keçirilir. Bildirildi ki, bu gün Peşəkar mühasib təşkilatına üzv olmaq Qanunvericiliyin tələbidir və  peşəkar mühasib üzvlərinin sayını  artırmaqla, APFM respublikamızda təcrübəli mütəxəssislərin dünya miqyasında tanınmasına, kadrların beynəlxalq səviyyədə hazırlanması işinə öz töhfəsini verir.  
Tədbirdə APFM-in beynəlxalq müstəvidə əməkdaşlıq istiqamətlərinə də toxunulub. Bildirilib ki, APFM Avropanın Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) üzvüdür, həmçinin, Böyük Britaniyanın Sertifikatlı Maliyyə Menecerləri İnstitutu (ICFM, Institute of Certified Financial Managers) və Sertifikatlı Mühasiblər İnstitutunun (ICB,The Institute of Certified Bookkeepers) Azərbaycanda rəsmi nümayəndəsi kimi fəaliyyət göstərir və beynəlxalq kvalifikasiyalar üzrə təlimlər və imtahanlar təşkil edir.

Xəbəri paylaş: