Vərəsəliklə bağlı yeni qərar verildi

img

Konstitusiya Məhkəməsi vərəsəlik hüququ ilə bağlı qərar qəbul edib.

 

Rezonans.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Məcəllənin 1159-cu maddəsinin bəzi müddəalarının 1165-ci maddə ilə əlaqəli şəkildə şərhi üçün müraciət edib.

 

Konstitusiya Məhkəməsi müraciət əsasında konstitusiya işinə baxıb və müvafiq qərar qəbul edib.

 

Qərarda deyilir ki, Mülki Məcəllənin 1159-cu maddəsinin mənasına görə, yalnız qanunla müəyyən edilmiş vərəsəliyin növbəliyinə daxil olan və miras qoyana münasibətdə müvafiq qohumluq dərəcəsi üzrə şəxslər vərəsə qismində çıxış edə bilər.

Xəbəri paylaş: