Kupyansk ruslardan azad edildi

img

Ukrayna hərbçiləri Xarkov vilayətinin Kupyansk şəhərini tamamilə azad edib.

 

Rezonans.az xarici KİV-lərə istinadən istinadən xəbər verir ki, bu barədə KRAKEN hərbi bölməsinin komandiri Sergey Veliçko açıqlama verib.

 

Veliçko deyib ki, Rusiya qoşunu şəhərin sol hissəsindən çıxarılıb:

 

"Yaxşı əlaqələndirilmiş hərəkətlər nəticəsində KRAKEN bölüyü Oskol çayını uğurla keçdi və bu, qüvvələrimizə düşməni şəhərin sol sahilindən çıxarmağa imkan verdi".

 

Komandir əlavə edib ki, Oskolun sol sahilində Ukrayna hərbçilərinin əks-hücum əməliyyatı uğurla davam edir.

 

Xəbəri paylaş: