İllər sonra 10 cinayətin üstü AÇILDI

img

Sentyabrın  16-da ölkə ərazisində qeydə alınan 57, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.  

 

Daxili İşlər Nazirliyindən (DİN) Rezonans.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 63, o cümlədən borclu şəxs qismində axtarışda olan 40 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

 

Narkotiklərlə əlaqəli 35 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.

Xəbəri paylaş: