ABŞ-Azərbaycan təhsil əlaqələri gücləndirilir

ABŞ-Azərbaycan təhsil əlaqələri gücləndirilir

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer Təhsil Nazirliyində olub.

 

Rezonans.az xəbər verir ki, bu barədə ABŞ Səfirliyi məlumat yayıb.

 

Qeyd edilib ki, səfir və təhsil naziri Emin Əmrullayev ABŞ-Azərbaycan geniş təhsil əlaqələrinin gücləndirilməsi yollarını müzakirə ediblər:

 

“Müəllimlər və tələbələr üçün daha çox proqram dəstəkləməyə, ölkələrimizin məktəb və universitetləri arasında tərəfdaşlıq sayını artırmağa və azərbaycanlı tələbələrə ABŞ-də yeni təhsil imkanları təklif etməyə ümid edirik”.

Xəbəri paylaş: