Qırğızıstanın sərhədində komendant saatı elan edildi

img

Tacikistan tərəfi ilə toqquşmanın baş verdiyi sərhəd zonasında Qırğızıstanın Batken vilayətində fövqəladə vəziyyət tətbiq edilib.

 

Rezonans.az xəbər verir ki, bu barədə  Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

“Mülki Müdafiə rəisi, prezidentin səlahiyyətli nümayəndəsi Abdikərim Alimbayevin 16 sentyabr 2022-ci il tarixli əmrinə əsasən, Batken vilayətində fövqəladə vəziyyət rejimi tətbiq edilib”, - məlumatda deyilir.

 

Son məlumatlara görə, toqquşmalar nəticəsində Qırğızıstan tərəfində 24 nəfər ölüb, 103 nəfər isə yaralanıb. Qırğızıstan hakimiyyəti 136 minə yaxın vətəndaşı təhlükəsiz yerlərə təxliyə edib.

Xəbəri paylaş: