Bu yollarda görmə məhdudlaşacaq

img

Sentyabrın 18-də gecə və axşam saatlarında duman ilə əlaqədar olaraq bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq.

 

Bu barədə Rezonans.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

"Bakı-Quba, Quba-Xaçmaz, Quba-Qusar, Gəncə-Daşkəsən, Şəmkir-Gədəbəy, Şuşa-Füzuli, Yevlax-Xocalı-Laçın, Gəncə-Kəlbəcər-Laçın, Ağdam-Füzuli-Horadiz, Həkəri-Zəngilan, Bərdə-İstisu, Xaldan-Mingəçevir, Ağsu-Kürdəmir-Bəhramtəpə, Bəhramtəpə-Biləsuvar, Füzuli-Cəbrayıl-Mahmudlu, Göyçay-Ucar, Xankəndi-Xocavənd, Naxçıvan-Şahbuz, Salyan-Neftçala, Masallı-Yardımlı, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində görmə məsafəsi 500-800 metrədək məhdudlaşacaq", - Xidmətdən bildirilib.

Xəbəri paylaş: