Region ölkələrinin Azərbaycana dəstək verməsi vacibdir - Ərdoğan

img

Ermənistanın Azərbaycana qarşı təxribatlarından əl çəkməsi, əvvəllər götürdüyü öhdəliklərə uyğun hərəkət edərək mümkün qədər tez sülh və əməkdaşlığa diqqət yetirməsi olduqca əhəmiyyətlidir.

 

Rezonans.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

 

"Arzumuz regionumuzda aparılan normallaşma proseslərini uğurla başa çatdırmaq, regional sülh və sabitliyi daimi olaraq təmin etməkdir. Bütün region ölkələrinin Qarabağ mövzusunda Azərbaycanın ərazi bütövlüyünə qeyd-şərtsiz və güclü dəstək verməsi vacibdir", - Türkiyə lideri deyib.

Xəbəri paylaş: