Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq İSTƏYİR

img

Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq istəyir.

 

Rezonans.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan səfərindən sonra jurnalistlərə açıqlamasında bildirib.

 

"Məqsədimiz Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaqdır", - o deyib.

 

Ərdoğan qeyd edib ki, Türkiyənin ŞƏT sammitində iştirakı Özbəkistanın dəvəti ilə mümkün olub: "İndi növbəti proses bu məsələnin ən üst səviyyəsinə doğru bir addımdır. Bu addım təbii ki, qarşıdakı dövrə ev sahibliyi edəcək Hindistanda danışıqlarda daha yüksək səviyyədə ön plana çıxacaq".

Xəbəri paylaş: