Qəbələdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib

img

Qəbələ Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.
Rezonans.az xəbər verir ki, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində mərkəzin və rayon Təhsil sektorunun nümayəndələrinin, gənclərin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Qəbələ Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Nadir Məmmədov açaraq narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlər, törətdiyi fəsadlar, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsirləri barədə geniş məlumat verib.
Çıxış edənlər gəncliyin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədən narkomaniyanın mənfi nəticələrindan danışıb, ölkənin hər yerində narkomaniyaya qarşı ciddi mübarizənin aparıldığını qeyd ediblər.
Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

Xəbəri paylaş: