Türkiyədən daha çox kömək istəyirik - Zelenski

img

Ukrayna Prezidenti Volodimir Zelenski Qərb ölkələrini və digər dövlətləri ölkəsinə silah tədarükünü artırmağa çağırıb.

 

Rezonans.az xəbər verir ki, bu barədə o, "Reuters" agentliyinə müsahibəsində bildirib.

 

"Türkiyədən daha çox kömək olmasını istərdik, Cənubi Koreyadan daha çox kömək istərdik. Ərəb dünyasından, Asiyadan da kömək istərdik", - deyə Prezident vurğulayıb.

 

Zelenski, həmçinin Almaniyada hərbi texnikanın tədarükü ilə bağlı müəyyən psixoloji maneələrin olduğunu vurğulayıb. O, eyni zamanda Ukraynanın sürətli əks-hücumunun yaxşı getdiyini diqqətə çatdırıb: "Müharibənin bitməsi barədə danışmaq tezdir".

Xəbəri paylaş: