
Cəlilabad rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Rezonans.az-ın Report-a istinadən verdiyi məlumata görə, rayonun mərkəzi hissəsində iki avtomobilin toqquşması nəticəsində 2017-ci il təvəllüdlü Sərdarov Amil Eldəniz oğlu xəsarət alıb.
Yaralı əvvəlcə Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.
Hadisənin təfərrüatı araşdırılır.