Avtobus qəzası onlarla can aldı

img

Çində avtobus qəzası onlarla can alıb.

 

Rezonans.az xəbər verir ki, hadisə ölkənin cənubundakı Quyçjou əyalətində baş verib.

 

Məlumata görə, sərnişin avtobusunun aşması nəticəsində azı 27 nəfər ölüb, 20 nəfər yaralanıb.

 

Hadisə səhər saatlarında Quiyan şəhərindən Libo qraflığına gedən magistral yolda qeydə alınıb.

 

Hadisə yerinə təcili tibbi yardım avtomobilləri cəlb edilib və yaralılar xəstəxanaya aparılıb.

Xəbəri paylaş: