Türkiyə vətəndaşı Salyanda faciəvi şəkildə ÖLDÜ

img

Salyanda qoşqunun altında qalaraq ölən şəxsin kimliyi məlum olub.

 

Rezonans.az xəbər verir ki, qəzada dünyasını dəyişən sürücü Türkiyə vətəndaşı, 1980-ci il təvəllüdlü Krutas Süleymandır.

 

Məlumata görə, K.Süleyman idarə etdiyi “Mersedes” markalı yük maşını ilə Ələt-Astara magistralının Salyan rayonu ərazisindən keçən hissəsində hərəkətdə olarkən anidən qoşqunun təkəri partlayıb.

 

Türkiyəli sürücü təkəri dəyişmək məqsədilə yük maşınını yolun kənarına çıxarıb. Bu zaman qoşqu sürüşüb, nəticədə sürücü onun altında qalaraq ölüb.

Xəbəri paylaş: