Ermənistanda KTMT-yə qarşı aksiyalar başlayıb

img

Ermənistanın paytaxtı İrəvan şəhərində etiraz aksiyaları keçirilir.

 

Rezonans.az xəbər verir ki, yüzlərlə fəal, o cümlədən Qərb fondlarından maliyyələşən təşkilatların nümayəndələri Azadlıq meydanına toplaşaraq, ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmasını tələb edirlər.

 

Sosioloq Karen Sarkisyan bildirib ki, KTMT artıq Ermənistana lazım deyil.

 

“Bundan sonra biz real müttəfiqlərimizlə ölkəmizin təhlükəsizliyinin təmin edilməsi imkanları ilə bağlı danışıqlara başlayacağıq”, - deyə etirazçılar bildiriblər. 

 

Qeyd edək ki, aksiya Qərb tərəfdarları tərəfindən təşkil olunub. 

Xəbəri paylaş: