Sahibə Qafarova II Elizabetin vida mərasimində iştirak edəcək

img

Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 18-də Böyük Britaniya və Şimali İrlandiya Kraliçası Ülyahəzrət II Elizabetin vida mərasimində iştirak etmək üçün bu ölkəyə səfərə gəlib.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Rezonans.az-a bildirilib ki, Londonun “Luton” beynəlxalq hava limanında Milli Məclisin sədrini Azərbaycanın Birləşmiş Krallıqdakı səfiri Elin Süleymanov və digər rəsmi şəxslər qarşılayıblar.

 

Səfər çərçivəsində Milli Məclisin sədri sentyabrın 19-da Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetin vida mərasimində iştirak edəcək və matəm kitabına ürək sözlərini yazacaq.

 

Spiker, həmçinin sentyabrın 18-də Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlz adından təşkil olunan rəsmi qəbulda iştirak edəcək.

Xəbəri paylaş: