16 yaşlı qız evdə ölü tapıldı

img

16 yaşlı qız evində ölü tapılıb.

 

Rezonans.az APA-ya istinadən xəbər verir ki, hadisə Cəlilabad rayonun Sabirabad kəndində baş verib.

 

Kənd sakini, 2006-cı il təvəllüdlü İlkanə Fətullayevanı, yaxınları halsız vəziyyətdə aşkar ediblər. Onu dərhal rayon xəstəxanasına çatdırıblar. Xəstəxanada onun artıq öldüyü məlum olub.

 

Hazırda hüquq - mühafizə orqanları 16 yaşlı qızın nədən vəfat etdiyi araşdırır.

Xəbəri paylaş: