Qırğızıstan-Tacikistan sərhədində ölənlərin sayı artdı

img

Qırğızıstan-Tacikistan sərhədində baş verən silahlı toqquşmalar zamanı ölənlərin sayı 46 nəfərə çatıb.

 

Rezonans.az-ın məlumatına görə, bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

 

Qeyd edilib ki, silahlı toqquşmalar zamanı 140 nəfər yaralanıb.

Xəbəri paylaş: