Energetika Nazirliyinin qurumu “Hökumət buludu”na köçürülür

img

Energetika Nazirliyinin Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və tabeliyindəki "Azalternativenerji" MMC-nin informasiya sistemlərinin “Hökumət buludu”na miqrasiyası prosesinə başlanılıb.

“AzInTelecom”dan Rezonans.az-a verilən məlumata görə, plana əsasən bərpa olunan enerji mənbələrindən istifadə olunması sahəsində günəş, külək və hibrid elektrik stansiyalarına malik olan “Azalternativenerji”-nin bütün stansiyalarının məlumat bazası və digər sistemləri TIER III Data Mərkəzinə köçürülür.

İlkin mərhələdə ölkə ərazisində bərpa olunan enerji mənbələrinə dair bütün məlumatların miqrasiyası nəzərdə tutulur. Növbəti mərhələdə qurumun maliyyə sistemlərinin və şirkətə məxsus tətbiqlərinin də miqrasiyası müzakirə olunur.

Dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari İT xərclərinin azalması və informasiya sistemlərinin məhsuldarlığının artırılması ilə bərabər informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksək keyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.

Xəbəri paylaş: