Azərbaycan regional kommunikasiya layihələrinin reallaşamsına sanballı töhfə verməkdədir - Deputat

img

“İkinci Qarabağ müharibəsindən sonra təkcə Cənubi Qafqaz  bölgəsi enerji qovşağı kimi deyil,  həm də logistik sahədə də  bir qovşaq rolunu oynamağa başlayıb. Cənab Prezidentin İlham Əliyevin yürütdüyü uzaqgörən çevik siyasət nəticəsində  Azərbaycanda Cənubi Qafqazı Avrasiyanın  digər bölgələri ilə birləşdirən logistik layihələri reallaşdırıb. Artıq bu layihələr öz bəhrəsini verməkdədir. Məhz Azərbaycanın bu istiqamətdə yürütdüyü siyasət nəticəsində bölgədə yeni regional əməkdşalıq format yaranmaqdadır. Bununla da  Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verməkdədir”.


 Bunu Rezonans.az-a açıqlamasında  deputat İltizam Yusifov deyib.


Deputat bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli nəticəsində açılacaq Zəngəzur dəhlizinin açılması bu əməkdşalığa yeni bir təkan olacaq. “Zəngəzur dəhlizinin açılması, Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları davamlı olaraq inkişaf etdikcə Qərb-Şərq, Şimal-Cənub  nəqliyyat dəhlizi üzrə yükdaşımaların imkanları daha da genişlənəcək. Bu dəhlizin açılması nəticəsində  əməkdaşlıq edən ölkələrinin nəqliyyat imkanlarını artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır.  Bu da öz növbəsində Qərblə Şərq, Şimalla Cənub arasında təbii körpü rolunu oynayan Azərbaycanın mövqeyini möhkəmlətməklə, onun bölgədəki rolunu əhəmiyyətli dərəcədə artıracaq. Təsadüfi deyil ki, yaradılan logistik infrasturtur nəticəsində Azərbaycan ərazisindən keçən  tranzit yükün həcmi 50 fazi artıb.  Bunun təkcə ölkənin iqtisadiyyatının inkişafı və ya büdcəyə əlavə gəlir gəlməsi  demək deyil,  həmçinin Azərbaycanın regional əməkdaşlıqdakı əhəmiyyətli rolunu artırmaqla, 44 günlük müharibədən sonra yaratdığı yeni reallığın şərtlərinin  və qarşısında duran hədəflərin həyata keçirilməsidir”- o qeyd edib. 

 Onun sözlərinə görə, bu baxımdan Azərbyacanın Şanxay Əməkdşalıq Təşkilatına (ŞƏT) üzv ölkələrlə  əməkdşalığı çox mühüm əhəmiyyət kəsb edir. “Bununla bağlı olaraq cənab Prezidentn ŞƏT sammitində çıxışı zamanı Orta Dəhliz ətrafında yaranmış yeni reallığa  uyğun  Azərbaycan daha fəal addımlar atılacağını bəyan etdi.  Tranzit, nəqliyyat-kommunikasiya sahəsində əməkdaşlıq bölgədə sabitliyin, əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasına öz təhfəsini verəcək. Bu eyni zamanda marşurut keçən ölkələrin iqtisadiyyatına əlavələr investisiyalaırn cəlb olunmasına, əhalisinin rifah halında yaşamasına da müsbət təsir göstərəcək. Logistik sahədə əməkdşalığın inkişaf etdirilməsinin, Orta Dəhlizin əhəmiyyətinin artdığı bir zamanda  Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə həll olunub, sülh sazişinin imzalanmasına ciddi ehtiyac var. Bu olmadan Orta Dəhlizin effektivliyini və marşrutun keçdiyi bölgələrdə təhlükəsizliyi, sabitliyi tam  təmin etmək  asan olmayacaq. Ona görə də beynəlxalq aləm Ermənistanın Azərbaycanla sülh sazişi imzalaması və Zəngəzur dəhlizinin açılması ilə bağlı İrəvana təzyiq etməlidir. Digər bir məqam isə ondan ibarətdir ki, İrəvanla Bakı arasında sülh sazişi imzalanın, Zəngəzur dəhlizi açılarsa, bundan faydalanan ölkə  Ermənistan özü olacaq”-o bildirib.

Xəbəri paylaş: