Avropa Məhkəməsinə ilk dəfə qadın rəhbərlik edəcək

img

Avropa İnsan Haqları Məhkəməsinin yeni prezidenti seçilib.

 

Rezonans.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidmətindən bildirilib.

 

Qeyd olunur ki, məhkəməyə İrlandiyadan olan Siofra Oliri rəhbərlik edəcək. Xanım prezident vəzifəsinə noyabr ayının 1-dən etibarən başlayacaq.

 

Avropa İnsan Haqları Məhkəməsinin ilk qadın rəhbəri olan xanım Oliri bu vəzifədə İslandiyadan olan Robert Spanonu əvəz edəcək 

 

Oliri bundan əvvəl Məhkəmənin vitse-prezidenti vəzifəsində olub.

Xəbəri paylaş: