Regional məsələlər komitəsinin işlər planı açıqlanıb

img

Sentyabrın 20-də Milli Məclisin Regional məsələlər komitəsinin 2022-ci ilin payız sessiyasında ilk iclası keçirilib.

 

Rezonans.az xəbər verir ki, iclasda Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində qəhrəmancasına şəhid olmuş hərbi qulluqçularlımızın xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edilib. Komitə sədri Siyavuş Novruzov bildirib ki, Vətən uğrunda gedən döyüşlərdə əsgərlərimizin göstərdiyi şücaət hər bir Azərbaycan vətəndaşına bir örnəkdir.

 

Sonra komitə sədri gündəliyə 4 məsələnin daxil edildiyini deyib. O, əvvəlcə, Milli Məclisinin 2022-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində Regional məsələlər komitəsində görülən işlər barədə məlumat verib. Bildirilib ki, ötən sessiyalarda komitənin 4 iclası keçirilib. Bu iclaslarda “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında”, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihələri üç oxunuşda müzakirə olunaraq, Milli Məclis tərəfindən qəbul edilib. Bununla yanaşı, Şuşa şəhərində Regional məsələlər komitəsinin Aqrar siyasət komitəsi ilə birgə “Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yeni regional, sosial-iqtisadi və aqrar inkişafın ünvanıdır” mövzusunda dinləmələri keçirilib.

 

Diqqətə çatdırılıb ki, hesabat dövründə Regional məsələlər komitəsi ölkənin müvafiq dövlət qurumları və aidiyyəti beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlıq şəraitində səmərəli fəaliyyət göstərib. Komitənin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Tarix yazan imza”  mövzusunda videokonfrans keçirilib.

haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Tibbi sığorta haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda təqdim edilib.

 

Diqqətə çatdırılıb ki, qanun layihəsi  Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 3 dekabr 2021-ci il tarixli 406-VIQD nömrəli qanuna uyğun olaraq hazırlanıb. Bununla əlaqədar sənədə daxil olan “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanuna müvafiq dəyişikliklər təklif olunur. Bu dəyişikliklər yalnız fiziki şəxslərin mülkiyyətində olan bina, su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisinin bələdiyyə vergilərində saxlanması və yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin isə dövlət vergilərinə aid edilməsi ilə əlaqədardır.

Müzakirələr zamanı komitənin sədr müavini Elşən Musayev, üzvləri Məzahir Əfəndiyev, Aqil Məmmədov, Kamran Bayramov, Cavid Osmanov, Səbinə Xasayeva, Emin Hacıyev çıxış edərək gündəlikdəki məsələlər barədə, habelə bələdiyyələrin fəaliyyəti, onların işinin səmərəliliyinin artırılması, bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı fikirlərini açıqlayıblar. Deputatlar, həmçinin Ermənistanın Azərbaycan sərhədində törətdiyi təxribatlar və digər aktual məsələlərə münasibət bildiriblər.

 

İclasda Milli Məclisinin 2022-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Regional məsələlər komitəsində görülən işlər qənaətbəxş hesab olunub, komitənin 2022-ci ilin payız sessiyası üçün iş planının layihəsi təsdiq edilib. Gündəliyə daxil edilən hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbəri paylaş: