Kəlbəcərdə ağır qəza, xəsarət alanlar var

img

Kəlbəcər rayonunun Tirkeşəvənd kəndində avtomobili aşıb.

 

Rezonans.az "Report"a istinadən xəbər verir ki, avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1993-cü il təvəllüdlü Tural Əliyev və 1982-ci il təvəllüdlü Ramiz Əmrahov müxtəlif bədən xəsarətləri alıblar.

 

Hər iki şəxs Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdiriliblər. Onların vəziyyəti kafi qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: