Azərbaycanın bayrağını bir çox idman növləri üzrə yüksək kürsülərdə qaldıran idmançılarımız bizim fəxrimizdir. Ölkə Prezidenti cənab İlham Əliyevin hakimiyyəti dövründə yetişən bu gənc nəsil həm Vətən müharibəsində, həm də beynəlxalq idman yarışlarında ölkəmizi ləyaqətlə təmsil etmişdir.
Cənab Prezidentin söylədiyi kimi, onlar Azərbaycanın idman şöhrətini yüksəldən idmançılardır. Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz bir daha xalqımızı sevindirmişlər, böyük qələbə ilə Vətənə qayıtmışlar. 16 medal qazanmış idmançılar bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmış və idmanın Azərbaycan tarixində köklü yer tutduğunu subut etmişlər. Bu səmimi sözlər və münasibətlər dövlətin idmana olan qayğısını göstərməklə yanaşı, eyni zamanda idmançıları qələbəyə kökləyən əsas amil hesab olunmalıdır. Avropada birinci olmaq, istənilən idman növündə birinci olmaq böyük uğur hesab edilə bilər. Avropa çempionatında medalların birini qadın idmançımız, qalanlarını isə sərbəst güləş və yunan-Roma güləşi üzrə komandalarımız qazandı. Beləliklə həm sərbəst güləş, həm yunan-Roma güləşi üzrə komandalarımız Avropada birinci oldular.
Ordumuzun və xalqımız tərəfindən Cəmi 44 gün ərzində böyük tarixi Qələbə qazanılması onu sübut edir ki, qalib xalqı təmsil etmək həm böyük qürurdur, həm də böyük məsuliyyətdir. İdmançılarımız yarışa çıxanda unutmamalıdırlar ki, müzəffər ölkəni və qalib xalqı təmsil edirlər. Həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq böyük nailiyyətdir və onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir. Əldə olunan uğurlar ölkəmizin və idmanımızın beynəlxalq nüfuzunu artırır, bu proses hal-hazırda da artan dinamik templə inkişaf edir.Güləş Azərbaycanda qədim dövrlərdən yayılmış ənənəvi idman növü olmuş və Azərbaycanda qədim tarixə malik olan güləş yarışları tarix boyu diqqət mərkəzində olmuş, müəyyən dövr və ərazilərdə bu yarışlar həyata keçrilmiş, vətənpərvər xalqımızın yaddaşından silinməmişdir.Vətənpərvərliyi gücləndirən amillərdən biri tarixi-hərbi Zəfərimizdir və idman uğurlarımızdır. Gənc nəsil mütləq vətənpərvərlik ruhunda tərbiyə almalıdır, milli dəyərlər əsasında tərbiyə almalıdır və Azərbaycan dövləti buna nail olmaq üçün bütün imkanlardan istifadə edir. Azərbaycan vətəndaşları - həm idmansevərlər, həm də idmanla o qədər də maraqlanmayan vətəndaşlar həmişə idman arenalarında əldə edilmiş qələbələrin xəbəri gələndə sevinirlər.Əminliklə deyə bilərəm ki, hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə ölkəmizi gücləndirir. Məhz buna görə bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır və dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü həll edir, müəyyən edir, öz siyasətini müstəqil şəkildə aparır və istər döyüş meydanlarında, istər siyasi arenalarda qələbə qazanır.
İki ildən sonra Parisdə Yay Olimpiya Oyunları keçiriləcək. Gələcək yarışlarda Azərbaycan mütləq birinci sıralarda olacaq. Vaxt az qalıb və, nəinki güləş, eyni zamanda, bütün idman növlərində lisenziya qazanacaq idmançılar bu əsas yarışa indidən hazırlaşmalıdırlar. Düzgün təlim-məşq toplanışları müəyyən edilməlidir. Növbəti Olimpiya Oyunlarında Azərbaycan çox uğurla çıxış edə bilər. Gələcək yarışların nəticələrinə baxmayaraq əsas odur ki, idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etsinlər, necə ki, bu günə qədər ləyaqətlə təmsil edirlər.Haqlı qələbələri əldə etmiş Azərbaycan idmançıları. Rəqib cığallıq edəndə, nalayiq hərəkət edəndə bizim idmançılarımız öz gücü ilə qaydalar çərçivəsində rəqibi yerinə oturda bilmişdilər və bu hallar idmançılarımızın daha böyük multikultural dəyərlərə malik olduğunu əyani şəkildə sübut edir.İkinci Qarabağ müharibəsi zamanı mənfur düşmən döyüş meydanında məğlub olarkən, qaçarkən, 10 min fərari verərkən ən çirkin əməllərə əl atmışdı. Erməni ordusu, dinc şəhərlərimizi gecə vaxtı ballistik raketlərlə atəşə tutmuş, 100-dən çox dinc insan, onların arasında uşaq, qadın, yaşlı bu namərd atəş nəticəsində həlak oldu, insanlara və insanlığa qarşı terror əməlləri törədilmişdir. Azərbaycan əsgəri düşmənə döyüş meydanında cavab vermişdir. Ədalət, eyni zamanda, mərhəmət, məğlub edilmiş tərəfə müəyyən dərəcədə mərhəmət hisslərinin göstərilməsi də xalqımıza xas olan xüsusiyyətlərdən biridir. Əsas odur ki, biz düşməni və ya idman rəqibini məhz qaydalar çərçivəsində, ləyaqət prinsipi əsasında məğlub etməliyik.Qələbədən daha vacib ləyaqətdir. İdman yarışlarında feyr-pley anlayışı unudulmamalıdır və Azərbaycan idmançıları bu prinsiplərə həmişə əməl etməlidirlər. Çünki bu, qələbədən də vacibdir. Qələbə, əlbəttə, hər bir idmançı üçün çox önəmlidir. Halal qələbəni idmançılarımız öz istedadı, zəhməti hesabına qazanıb.
Bəli, həqiqətən də Azərbaycan idmançıları onlara göstərilən diqqət və qayğını dəyərləndirərək yeni-yeni qələbələrə imza atırlar. Doğma Partiyamızın və müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev idmana yüksək qiymət verərək söyləmişdir; “İdman, bədən tərbiyəsi, hər bir sivilizasiyalı xalqda, ölkədə olduğu kimi, Azərbaycan xalqının da, Azərbaycan vətəndaşlarının da həyat tərzinin mühüm bir hissəsidir”.
Əlirza Abdullayev
YAP Yevlax rayon təşkilatının fəalı










