“O Baydendir, mən Ərdoğan” – Türkiyə liderindən CAVAB

img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının iclasından çıxarkən “Reuters”in müxbirinin suallarını cavablandırıb.

 

Rezonans.az xəbər verir ki, Ərdoğan xanım jurnalistə zarafatla deyib: “nə soruşacaqsansa, soruş?”. 

 

Müxbir isə ilk sualında Ərdoğandan onun ABŞ prezidenti Co Baydenlə təkbətək görüşüb-görüşməyəcəyini soruşub.

 

“O Baydendir, mən Ərdoğan”,- deyə Türkiyə lideri gülərək cavab verib.

 

F-16 qırıcıları ilə bağlı senatorlarla görüşə gəlincə, Ərdoğan “onlar müsbət danışırlar, deyəsən, F-16 göndərməklə bağlı qərarı təsdiq edəcəklər”, - deyə bildirib.

Xəbəri paylaş: