Yolu keçmək istəyən piyada öldü

img

Sentyabrın 20-də saat 21 radələrində Qaradağ rayonunun Yeni Ələt qəsəbəsi ərazisində qəsəbə sakini M.Məlikov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Salman Sadıqovu vurub.

 

Bu barədə Rezonans.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

 

Rəsmi məlumata görə, nəticədə piyada ölüb.


Hazırda Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbəri paylaş: