Vilayət Eyvazov məşhur idmançıya yeni vəzifə verdi

img

Kikboksinq üzrə dünya və Avropa çempionu Eduard Məmmədova DİN-də yüksək vəzifə verilib.

 

Rezonans.az xəbər verir ki, Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Eduard Məmmədov DİN-in İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

 

Məşhur idmançı məlumatı təsdiqləyib. 

 

"Azərbaycan Respublikası daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə DİN-in İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşam. Bu etimadı mənə göstərdiklərinə görə cənab Vilayət Eyvazova və DİN-in İdman Cəmiyyətinin sədri polis polkovniki xanım Zemfira Meftaxetdinovaya öz minnətdarlığımı və təşəkkürümü bildirirəm.


Mən polis polkovnik-leytenantı Eduard Məmmədov hər zaman olduğu kimi bundan sonra da millətimə, dövlətimə şərəf və vicdanla xidmət edəcəyəm.

 

Mən fəxr edirəm ki, Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında xidmət edirəm", - deyə E.Məmmədov facebook hesabında yazıb.

Xəbəri paylaş: