VPN-dən istifadə təhlükəlidir - RƏSMİ

img

"Son zamanlar VPN-lərin nə dərəcədə təhlükəsiz olduğu ilə bağlı suallar alırıq. Biz, hücumlar zamanı bir çox hücumları birinci səviyyəli provayderlər vasitəsilə ölkə sərhədlərində bloklayırıq".

 

Rezonans.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.

 

"Bloklanan linkləri açmaq üçün VPN-dən istifadə zamanı ölkədən birbaşa xarici serverlərə qoşulursunuz. Nəticədə bloklanmağın effektivliyi olmur və daha asan formada yoluxma ehtimalınız artır. Yəni bu baxımdan bu təhlükəsizliyə xüsusi diqqət etmək lazımdır", - rəis qeyd edib.

Xəbəri paylaş: