300 min nəfər eyni anda xidmətə çağırılmayacaq

300 min nəfər eyni anda xidmətə çağırılmayacaq

Rusiya Federasiyası hökuməti ən qısa müddətdə qismən səfərbərlikdən möhlət hüququ olan vətəndaşların kateqoriyalarını müəyyən edəcək.

 

Rezonans.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov açıqlayıb.

 

Peskov qeyd edib ki, qismən səfərbərlik çərçivəsində 300 minədək insanın hərbi xidmətə çağırılması bir anda baş verməyəcək:

 

"Qismən səfərbərlik haqqında fərmanın qapalı yeddinci bəndi Şoyqunun artıq dediyi kimi, 300 min nəfərədək çağırışçıların sayına aiddir. O bənd ictimaiyyət üçün deyil, rəsmi istifadə üçündür". 

Xəbəri paylaş: