Viktor Orban Rusiya əleyhinə sanksiyalara qarşı çıxdı

img

Rəsmi Budapeşt Rusiya əleyhinə tətbiq edilən sanksiyalara görə Avropa İttifaqına qarşı çıxıb.

 

Rezonans.az xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orbanın fikrincə, Rusiyaya yaxın olan ölkələrin məruz qaldığı iqtisadi itkilərə görə məsuliyyət Brüsselin üzərinə düşür. O deyib ki, belə ölkələrdən biri də Macarıstandır.

 

Baş nazir vurğulayıb ki, sanksiyalar vətəndaşların rifahına güclü təsir göstərir. Belə ki, qadağalar ölkəyə ciddi zərbə vurur, iqtisadiyyatı çökdürür, xəzinə xeyli pul itirir.

 

Onun sözlərinə görə, sanksiyalar Rusiyaya deyil, ilk növbədə Avropanın özünə zərbə vurur.

Xəbəri paylaş: