Tokayev növbədənkənar prezident seçkilərinin tarixini TƏYIN ETDİ

img

Prezident Kasım-Jomart Tokayev Qazaxıstanda növbədənkənar prezident seçkilərinin təyin edilməsi haqqında fərman imzalayıb.

Rezonans.az
xəbər verir ki, Prezident fərmanına əsasən, Qazaxıstanda növbədənkənar prezident seçkiləri 2022-ci il noyabrın 20-də keçiriləcək.
 

Mərkəzi Seçki Komissiyasına növbədənkənar prezident seçkilərinin təşkilini və keçirilməsini təmin etmək tapşırılıb.


Hökumət növbədənkənar prezident seçkilərinin təşkilati, maddi-texniki və maliyyə təminatı üçün lazımi tədbirlər görməlidir.

Qazaxıstanda prezidentin səlahiyyət müddəti 7 ilə qaldırılıb.

Xəbəri paylaş: